Sibel Can Misirdən 500 ton qum gətizdirdi

MAQAZİN
15:03 02.07.2013
2558
Türkiyəli məşhur müğənni Sibel Can, Misirdən nə az, nə çox, məhz 500 ton qum gətizdirib.AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Sky Tover otelində dincələn Sibel Canı məmnun qoymaq üçün ötel işçiləri sözün əsl mənasında dəridən qabıqdan çıxıblar.Onlar Misirdən gətirilən 500 ton ağ qumu müğənninin dincəldiyi sahəyə səpiblər. Qumun səpilməyinə səbəb isə tanınmış müğənninin ayaqlarının günəşin qızdırdığı sarı qum üzərində yanmaması olub.Qeyd edək ki, ağ qumun günəşin istənilən istiliyi altında sərin qalmaq funksiyası var.Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR