Yeni albomunu təqdim edən Sibel Can tamam fərqli üslua bürünüb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi bu günə qədər alışdığımız kübar tərzinin əksinə olaraq imicində böyük yeniliyə imza atıb.
"İnstaqram" hesabında yeni albomunun üz qabığının şəklini paylaşan məşhur sənətçi albomu haqda ilkin məlumatları verib:
"Və nəhayət o gün gəldi... 12 mahnıdan ibarət "Drama” adlı yeni albomum bu gecə saat 00:00-da bütün musiqi platformalarında yayımlanacaq. Bu, sadəcə bir albom deyil, hekayə, səyahət, təcrübədir. "Drama" sevgi, itki və yenidən doğuş albomudur, ruhumu, ürəyimi, musiqiyə olan bağlılığımı daşıyan əsərdir. Ümid edirəm ki, dinlədiyiniz zaman bu ehtiras və səyi hiss edərsiniz” sözlərini yazıb.
Qeyd edək ki, Canın paylaşımını görənlər onu dünyaca məşhur ulduz Ledi Qaqaya bənzədib.
Aysel