Sibiqa və Siyarto görüşəcək

Sibiqa və Siyarto görüşəcək
DÜNYA
19:15 08.09.2025
306
Macarıstan və Ukrayna xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Bu barədə Macarıstan XİN rəhbəri Piter Siyarto özünün "X” hesabında məlumat verib.

"Macarıstan-Ukrayna əlaqələrini müzakirə etmək üçün bu həftə Andrey Sibiqa ilə Budapeştdə görüşəcəyik. Biz dialoqa inanırıq və danışıqlar üçün hazırıq. Amma top Ukraynadadır: Yalnız Zakarpatyedə yaşayan macarların tapdalanan hüquqlarının bərpa edilməsindən sonra həqiqi irəliləyiş əldə oluna bilər”, - Siyarto qeyd edib.
 

OXŞAR XƏBƏRLƏR