Hindistanda 10 günlük körpə siçanların qurbanı olub
İlkin müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hindistan dövlət xəstəxanasında baş verən hadisəni körpənin valideynləri danışır:
“Uşağımız sidik yolundakı çətinliyə görə, əməliyyat olunacaqdı. Biz oğlumuzun barmağının dişlənilmiş olduğunu görüb tibb bacılarının dedik. Lakin onlar buna əhəmiyyət vermədi. Əməliyyatdan sonra onu bir müddət qapalı məkanda saxladılar. Oğlumun yanına gedəndə bir çox yernin dişlənmiş olduğunu gördüm. Həkimlərə xəbər verəndə isə artıq çox gec idi”. (atv.az)
