Sidneydə terror aktında ölənlərin sayı 15-ə çatıb

Sidneydə terror aktında ölənlərin sayı 15-ə çatıb
DÜNYA
01:52 15.12.2025
205
Dekabrın 14-də Sidneydə törədilən terror aktında ölənlərin sayı 15 nəfərə çatıb.

Yeni Cənubi Uels ştatının səhiyyə naziri Rayan Park bu barədə açıqlama verib.

Onun sözlərinə görə, ölənlər arasında bir uşaq da var, azyaşlı Rendvikdəki uşaq xəstəxanasında ölüb.

"Bu, bütövlükdə cəmiyyətimiz, bütün avstraliyalılar üçün tamamilə dəhşətlidir, lakin yəhudi icması üçün xüsusən ağırdır", - Park "Nine's Today Show" verilişində deyib.

Nazir atışmada yaralananlardan dördünün uşaq xəstəxanasına göndərildiyini bildirib.

/report
OXŞAR XƏBƏRLƏR