Sietldə atəş açılması nəticəsində azı 2 nəfər ölüb

Sietldə atəş açılması nəticəsində azı 2 nəfər ölüb
DÜNYA
18:08 30.04.2023
216
ABŞ-nin Vaşinqton ştatının Sietl şəhərində atəş açılması nəticəsində 2 kişi ölüb, 1 nəfər isə ağır yaralanıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Bildirilib ki, hadisə ötən gecə saat 22:30-da (Bakı vaxtı ilə səhər 09:30) parkda baş verib.

Polis, şahidlərin sözlərinə görə, hadisə yerində olan, lakin hüquq-mühafizə orqanları gələnə qədər tərk edən dördüncü şəxsi axtarır.
OXŞAR XƏBƏRLƏR