2011-ci ildə dünyasını dəyişən "Sihirli annem" serialının məşhur aktrisası Defne Coy Fosterin oğlu Can atasının "YouTube"da ikinci həyat yoldaşı Beyza Solmazla hazırladığı proqrama qonaq olub.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Can Kılıç Solmaz ilk dəfə anası haqqında danışıb.
O, anasının ölümü ilə bağlı bütün təfərrüatları internetdən öyrəndiyini deyib:
"Artıq internet deyə bir şey var. 15 yaşındayam, telefonum var. İstədiyim məlumatı rahatlıqla öyrənə bilirəm. Ona görə də hər şeyi bilirəm. Onun ürəyimdəki yerini heç kim tuta bilməz. Anam haqqında mənə hər şeyi dediyiniz günü hələ də xatırlayıram. Böyük sarsıntı keçirtmişdim".
Aysel