Sığınacaqda qızılcaya yoluxan uşaqların səhhəti necədir? - AÇIQLAMA

Sığınacaqda qızılcaya yoluxan uşaqların səhhəti necədir? - AÇIQLAMA
SOSİAL
15:23 07.12.2023
149
Xəbər verdiyimiz kimi, Bakıda sığınacağa yerləşdirilən 40 uşaq qızılcaya yoluxub.

Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə AZXEBER.COM-a açıqlamasında uşaqların son vəziyyətini açıqlayıb.

O, uşaqların vəziyyətinin yaxşı olduğunu bildirib:

"Yaxşıdılar, çox şükür. Ağır vəziyyətdə olan uşaqlarımız yoxdur. Xəstə uşaqlarımız həkim nəzarətindədir. Bir neçə uşaq sağalaraq, mərkəzə geri qayıdıb. Hazırda xəstəxanada 14 uşaq xəstəxanadadır. Yenidən 3 uşaq xəstəxanaya yerləşdirilib, amma vəziyyətləri yaxşıdır”.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR