“Silah baronu” Səfər Əbiyevi necə aldatmaq istədi - TƏFSİLAT

“Silah baronu” Səfər Əbiyevi necə aldatmaq istədi -  TƏFSİLAT
SİYASƏT
10:12 19.02.2016
2935
Britaniyalı beynəlxalq silah alverçisi Azərbaycan Müdafiə Nazirliyinə Şimali Koreya istehsalı olan “yer-hava” tipli raketlər satmaq istəyib.AZXEBER.COM “virtualaz”- a istinadən xəbər verir ki, bu haqda Şimali Koreya ilə silah alverində ittiham olunan və 2011-ci ildə Londonda həbs edilən Maykl Reyncerin işinə dair məhkəmə sənədlərində bəhs edilir.Lakin Bakının həmin raketlərin sınaq patiyasını tələb etməsi və Şimali Koreya şirkətinin bundan boyun qaçırması səbəbindən sövdləşmə baş tutmayıb.500 səhifəlik məhkəmə sənədlərini Britaniyanın RUSİ (The Royal United Services Institute-müdafiə araşdırmaları üzrə Birləşmiş Kral İnstitutu) nəzdindəki nüvə siyasəti araşdırmaları proqramının direktor müavini Andrea Berger yayıb. Maykl Reyncer 2012-ci ildə silah alverində təqsirli bilinib.Maykl Reyncerin Şimali Koreya istehsalı olan “yer-hava” tipli raketləri Azərbaycana satmağa cəhd göstərməsi haqda 2013-cü ilin mayında BMT-nin açıqladığı hesabatda bəhs edilmişdi.Hesabatda britaniyalı silah tacirinin Şimali Koreyanın “Hesong Trading Corporation” şirkətinin istehsalı olan “yer-hava” tipli raketləri Azərbaycana satmağa nail olduğu təsdiqlənmirdi. Ancaq bu şirkətə qarşı sanksiyaların tətbiqi tələb olunurdu.Məhkəmə sənədlərindən məlum olur ki, Maykl Reynceri Azərbaycan Müdafiə Nazirliyi ilə calaşdıran Alabama ştatından olan amerikalı neft maqnatı olub. Onun tövsiyəsi ilə 2010-cu ildə silah alverçisi “tələsik çemodanlarını toplayaraq” Bakıya uçub.Bakıda onu hörmətlə qarşılayıblar. Maykl Reyncer Müdafiə Nazirliyinə Amerika istehsalı olan “Stinger” raketlərinin “rus versiyasını” təşkil edə biləcəyini deyib. Söhbət isə əslində sovet istehsalı olan “İqla” daşınan zenit-raket kompleksinin Şimali Koreya, yaxud Çin versiyasından gedirdi.Beləliklə, Maykl Reyncer Bakıya 100 ədəd belə raket satmağı razılaşdırır. Lakin Müdafiə Nazirliyi bildirir ki, həmin raketlərin nə dərəcədə keyfiyyətli olduğunu yoxlamaq üçün əvvəlcə 10 raketdən ibarət sınaq partiyasını göndərmək lazımdır.Şimali Koreya şirkəti isə bu şərti qəbul etmir, Azərbaycan Müdafiə Nazirliyinə Reyncer vasitəsilə təklif edir ki, silahı yoxlamaq üçün Pxenyana heyət göndərə bilər.Bu şərt isə Bakı üçün məqbul olmur. Çünki Azərbaycan güclü beynəlxalq sanksiyaların təsiri altında olan Şimali Koreyaya heyət göndərib ABŞ-la münasibətlərini korlamaq istəmirdi.Məhkəmə sənədlərindən “Hesong” şirkətinin Azərbaycana razılaşdırılan raketləri satmağa nail olduğu barədə təsdiqləyici fakt yoxdur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"İşsiz müəllim ordusu yetişdirməmək üçün qəbul planlarına yenidən baxılmalıdır"
17:33 17.06.2026
"İşsiz müəllim ordusu yetişdirməmək üçün qəbul planlarına yenidən baxılmalıdır"
Azərsun Holdinq” “Milli Xalq Oyunları” Festivalıma dəstək verdi - FOTOLAR
17:27 17.06.2026
Azərsun Holdinq” “Milli Xalq Oyunları” Festivalıma dəstək verdi - FOTOLAR
AZAL Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib
17:25 17.06.2026
AZAL Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib
Xəzər rayonunda ev və avtomobildən oğurluq edən şəxs saxlanılıb
17:09 17.06.2026
Xəzər rayonunda ev və avtomobildən oğurluq edən şəxs saxlanılıb
İT mütəxəssisləri üçün yeni vergi güzəşti tətbiq olunacaq
17:00 17.06.2026
İT mütəxəssisləri üçün yeni vergi güzəşti tətbiq olunacaq
Yelo Bank Açıq Bankçılıq imkanları ilə bütün hesablarınızı eyni tətbiqdə birləşdirir
16:59 17.06.2026
Yelo Bank Açıq Bankçılıq imkanları ilə bütün hesablarınızı eyni tətbiqdə birləşdirir
Milli Məclisdə psixiatriya yardımı haqqında qanuna dəyişiklik müzakirə olundu - FOTOLAR
16:58 17.06.2026
Milli Məclisdə psixiatriya yardımı haqqında qanuna dəyişiklik müzakirə olundu - FOTOLAR
51 kiloqram narkotik vasitə dövriyyədən çıxarıldı
16:55 17.06.2026
51 kiloqram narkotik vasitə dövriyyədən çıxarıldı
TuranBank ICD ilə 15 milyon dollarlıq əməkdaşlıq sənədi imzaladı
16:54 17.06.2026
TuranBank ICD ilə 15 milyon dollarlıq əməkdaşlıq sənədi imzaladı
Sahibə Qafarova Abraham Hamada ilə Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib
16:47 17.06.2026
Sahibə Qafarova Abraham Hamada ilə Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib
İşçilərə şad xəbər: Çalışdığınız şirkətdə pay sahibi ola biləcəksiniz
16:41 17.06.2026
İşçilərə şad xəbər: Çalışdığınız şirkətdə pay sahibi ola biləcəksiniz
Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
16:29 17.06.2026
Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
"Sabah"ın rəqibləri bəlli oldu
16:21 17.06.2026
"Sabah"ın rəqibləri bəlli oldu
Məşhur aktyor ürəyindən əməliyyat oldu
16:15 17.06.2026
Məşhur aktyor ürəyindən əməliyyat oldu
Gömrük rüsumlarından azad edilən malların əhatə dairəsi genişlənir
16:04 17.06.2026
Gömrük rüsumlarından azad edilən malların əhatə dairəsi genişlənir
Prezident İlham Əliyev səhiyyə işçilərini təltif edib
16:00 17.06.2026
Prezident İlham Əliyev səhiyyə işçilərini təltif edib