Silahlı dini ekstremist məhv edildi - DTX-dan əməliyyat

Silahlı dini ekstremist məhv edildi - DTX-dan əməliyyat
SOSİAL
15:42 27.01.2017
1902
 
Azərbaycanda Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatı nəticəsində dini ekstremist məhv edilib.

Bu barədə Trend-ə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən məlumat verilib.

Xüsusi əməliyyat zamanı Ocaqov Ceyhun İslam oğlu silahlı müqavimət göstərib və məhv edilib.

Hüquq-mühafizə orqanlarındakı mənbə Trend-ə bildirib ki, əməliyyat Bakının Yasamal rayonu, Şərifzadə küçəsində, "Kaktus" restoranının yaxınlığında aparılıb.

Dəfələrlə təslim olması təklif edilsə də, C.Ocaqov silahlı müqavimət göstərərək "Makarov" markalı tapançadan atəş açıb. Cavab atəşi zamanı ekstremist məhv edilib.
OXŞAR XƏBƏRLƏR