Pakistanın Bəlucistan əyalətində silahlıların hərbi qərargaha təşkil etdiyi hücumda 9 əsgər və 1 mülki şəxs həlak olub, 5 silahlı şəxs isə zərərsizləşdirilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Pakistan ordusundan verilən açıqlamada Bəlucistanın Zhob bölgəsindəki hərbi qərargaha silahlılar tərəfindən silahlı hücumun təşkil edildiyi bildirilib.
Açıqlamada qarşıdurmada 9 əsgər və 1 mülki şəxsin həyatını itirdiyi, 15 əsgərin ağır yaralandığı, 5 silahlının zərərsizləşdirildiyi qeyd edilib. Hücuma görə məsuliyyəti heç kim üzərinə götürməyib.
Pakistan Münaqişə və Təhlükəsizlik Araşdırmaları İnstitutunun məlumatlarına görə, 2022-ci illə müqayisədə 2023-cü ilin ilk 6 ayında terror hücumları 79% artıb.
İslamabad iddia edir ki, bu hücumlar Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırılıb və idarə olunub.
Qeyd edək ki, Əfqanıstan bu iddiaları rədd edir.
Gülay