"Kızılcık Şerbeti” serialında Doğa obrazını canlandıran Sıla Türkoğlu şəxsi həyatı ilə gündəmə gəlib.
AZXEBER.COM xəbər verir ki, məşhur aktrisa iş adamı Ata Ayyıldızla ailə arasında keçirilən sadə mərasimlə nişanlanıb. Nişandan qısa müddət sonra cütlük yaxtada istirahətə yollanıb.
Sıla Türkoğlu tətildən sosial şəbəkə hesabında fotolar paylaşaraq izləyicilərinə xoş anlarını göstərib. Aktrisanın mavi bikinidə çəkdirdiyi fotolar da diqqət çəkib. O, paylaşımına "Günəş yerində” qeydini yazıb.
Türkoğlu Ata Ayyıldızla birlikdə çəkdirdiyi romantik fotoları da izləyicilərinin diqqətinə çatdırıb. Cütlüyün xoşbəxt görüntüləri sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Şahanə















































