"Sileks"in baş məşqçisi: "İndi yalnız "Qarabağ" barədə düşünürük"

"Sileks"in baş məşqçisi: "İndi yalnız "Qarabağ" barədə düşünürük"
İDMAN
11:56 17.08.2020
655
"Pelister"lə 2:2 hesablı heç-heçə etdiyimiz oyundan sonra psixoloji cəhətdən hazır olmağa çalışırıq. Hər şeyi geridə qoyduq, indi yalnız "Qarabağ" haqqında düşünürük". 

Bu fikirləri Şimali Makedoniyanın "Sileks" klubunun baş məşqçisi Qoran Simov "Qarabağ"la qarşılaşacaqları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin matçından öncə deyib. 

45 yaşlı mütəxəsis oyunçuları heç nəyə görə günahlandırmadığını bildirib. O, Azərbaycan çempionu ilə görüş barədə bunları söyləyib: "İstəyirəm ki, futbolçular meydanda ən yaxşısını versinlər. Möcuzələrə inanmalıyıq, çünki futbolda eyni şeylər tez-tez baş verir. Bir matç oynanılacaq. İntizamlı olmalı və yaxşı səviyyədə çıxış etməliyik". 

Qeyd edək ki, avqustun 18-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sileks" oyunu saat 20:00-da başlayacaq. Bu cütün qalibi II raundda "Şerif" (Moldova) - "Fola Eş" duelinin güclüsü ilə qarşılaşacaq. 
 
///Report
OXŞAR XƏBƏRLƏR