Silvio Berluskoni "Milan"a böyük miras qoyub – SİYAHI

Silvio Berluskoni "Milan"a böyük miras qoyub – SİYAHI
DÜNYA
14:29 12.06.2023
251
Xəbər verdiyimiz kimi, İtaliyanın keçmiş baş naziri və "Milan” klubunun keçmiş rəhbəri Silvio Berluskoni vəfat edib.

AZXEBER.COM xəbər verir ki, 45 gün ağciyər infeksiyasından müalicə olunan və eyni zamanda xroniki leykoz diaqnozu qoyulan Berluskoni 86 yaşında vəfat edib. 

1986-2017-ci illərdə "Milan"ın sahibi olan Berluskoni kluba çoxsaylı kuboklar gətirib. Berluskoninin rəhbərliyi altında Milan; 5 Çempionlar Liqası, 8 İtaliya A Seriyası, 5 UEFA Super Kuboku, 3 FIFA Klublararası Dünya Çempionatı, 1 İtaliya Kuboku, 6 İtaliya Super Kuboku qazanıb.

İtaliya baş nazirinin maraqlı həyat hekayəsini təqdim edirik:

1986-cı ildə o, dünyaca məşhur İtaliyanın "Milan” futbol klubunu satın alıb. 2004-cü ilə qədər prezident olduğu "Milan" bu illər ərzində daha da uğur qazanıb.

İllər keçdikcə Berluskoni həm biznesini, həm də sərvətini artırmağa davam edib. 1993-cü ildə Mediaset-i qurub. Arxasında qaldığı bu gücün sayəsində həm də siyasətə atılıb.

1994-cü ilin yanvarında qurduğu Forza İtaliya partiyası ilə İtaliya siyasətində tez bir zamanda gündəmə gəlib.  Nümayəndələr Palatasına seçilib və 1994-cü ildə İtaliyada keçirilən ümumi seçkilərdən sonra koalisiya hökuməti quraraq Baş nazir olub

Lakin Berluskoninin kabineti 9 ay sonra koalisiya partiyaları arasında daxili fikir ayrılıqları səbəbindən dağılıb.

1996-cı ildə İtaliyada keçirilən ümumi seçkilərdə yenidən namizəd olub.

Seçkilərdən qalib gələrək baş nazir olan Berluskoni 2006-cı ilə qədər son 5 ildə iki hökumət qurub. Onun 2006-cı ildəki məğlubiyyətinin ardınca 2008-ci ildə yeni qələbəsi gəlib. O, 2008-ci il mayın 8-də yenidən Baş nazir kimi and içib.

Ayşən
OXŞAR XƏBƏRLƏR