Sima Şərafətdinova ölümdən döndü –FOTO

MAQAZİN
13:44 13.09.2015
4606
Türkiyənin ən məşhur yarışmalarından biri olan "İşte benim stilim"in keçmiş qalmaqallı iştirakçısı Sima Şərafətdinova qəza keçirib.
AZXEBER.COM "qafqazinfo"ya istinadən xəbər verir ki, Sima bu barədə sosial şəbəkədə məlumat yayıb.
O, qəza fotosunu paylaşaraq çox qorxduğunu bildirib:
"Allah bizi nəzərdən qorusun. Bu gecə bizə vuran avtomobil daha böyük olsaydı mən bu yazını yaza bilməyəcəkdim. Allah mənə, ailəmə və sevənlərimə acıdı. Onlara bağışladı, sevdiklərinizin dəyərini bilin. Allah mənim və hər kəsin yardımçısı olsun".
Qeyd edək ki, iştirakçının atası Vahid Şərafətdinov Türkiyə, Rusiya və İranda şirkətlərə sahibdir. Biznesmen İranda daha çox tanınır, eyni zamanda Dubayda şirkətləri var. İş adamı mediada daha çox Xocalı faciəsi ilə bağlı təşkil etdiyi tədbirlərlə gündəmə gəlib. O həm də Qarabağ müharibəsi veteranıdır.
Ən əsası isə Vahid Şərafətdinov "OBA Construction Chemical. Co." şirkətinin rəhbəridir və İranın Araz İqtisadi Zonasında fəaliyyət göstərən 4 azərbaycanlı iş adamından biridir.
OXŞAR XƏBƏRLƏR