2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 14-də keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib.
AZXEBER.COM-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Belfast şəhərində baş tutacaq görüşü ukraynalı hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki,Şimali İrlandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Baş hakim: Viktor ŞvetsovBaş hakimin köməkçiləri: Mikola Levko, Oleq PlujnikDördüncü hakim: Anatoli Abdula(Hakimlər briqadası Ukraynadandır)Hakim-inspektor: Günter Benkö (Avstriya)Komissar: Tomas Grimm (İsveçrə)