Şimali İrlandiya - Azərbaycan matçının keçiriləcəyi stadion açıqlandı

Şimali İrlandiya - Azərbaycan matçının keçiriləcəyi stadion açıqlandı
İDMAN
17:48 13.08.2024
178
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Şimali İrlandiya yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib

F qrupu çərçivəsində oktyabrın 12-də təşkil olunacaq görüş Ballimina şəhərində yerləşən "The Showgrounds” stadionunda baş tutacaq.

Matçın başlama saatı ilə bağlı daha sonra məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR