Şimali Kipr Parlamentinin sədri: “Azərbaycana gəlmək, Qarabağı ziyarət etmək istəyirəm”

Şimali Kipr Parlamentinin sədri: “Azərbaycana gəlmək, Qarabağı ziyarət etmək istəyirəm”
SİYASƏT
23:09 22.03.2022
558
Türk dünyasının ayrılmaz parçası olan Şimali Kipr Türk Cümhuriyyətinin Məclis sədri, hər zaman Azərbaycanı müdafiə edən Zorlu Töre azərbaycanlı jurnalist Nigar İbrahimovaya eksklüziv açıqlama verib. İki ölkə arasında mövcud qeyri-rəsmi münasibətlərə diqqət çəkən Parlament sədri diplomatik münasibətlərin başladılmasının vacibliyini vurğulayıb və Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbənin Kiprd türkləri tərəfindən də böyük coşquyla qarşılandığını bildirib.

ŞKTC Parlamentinin sədri Zorlu Töre illərdir həsrətlə yaşadığı və nəhayət gerçəkləşdirmək istədiyi arzusunu da dilə gətirib. Zorlu Töre Azərbaycana rəsmi səfərə gəlmək istədiyini və işğaldan qurtarılan o torpaqlara – Ağdama, Şuşaya, Zəngilana, Qubadlıya, Kəlbəcərə ziyarət gerçəkləşdirmək arzusunu dilə gətirib.
 

OXŞAR XƏBƏRLƏR