Şimali Kipr sahillərində sərnişin gəmisi batıb. Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb. Gəmi Girnə şəhəri sahillərində qısa müddətdə batıb. Gəmidə 8-i heyət üzvü, 259 sərnişin olub. Xilasetmə əməliyyatı başlayıb. //Apa