Şimali Kiprdə gəminin batması ilə bağlı istintaq başladılıb

Şimali Kiprdə gəminin batması ilə bağlı istintaq başladılıb
DÜNYA
18:53 30.08.2026
123
Girnə şəhəri sahillərində baş vermiş gəmi qəzası ilə bağlı axtarış-xilasetmə işləri davam edir, 7 nəfər həyatını itirib, 237 nəfər xilas edilib.

"Haber Global" xəbər verir ki, bunu Şimali Kiprin Prezidenti Tufan Erhürman bildirib.

"Prioritetimiz itkin düşən 23 nəfəri tapmaqdır", - T. Erhürman deyib.

Onun sözlərinə görə, Türkiyə hər zamankı kimi Şimali Kiprin yanındadır və axtarışlara kömək edir: "Təşvişə və spekulyasiyaya səbəb olacaq açıqlamalar vermək doğru deyil. Gəminin batdığı yerdə dənizin dərinliyi 500 metrdir. Dərində işləmək asan deyil. Səthdə və səthə yaxın yerlərdə axtarış aparılır. Dalğıclar bölgədədir, axtarışlar davam edir. Bütün qurumlarımız bölgədədir".

Erhürman hadisə ilə bağlı istintaqın başlandığını açıqlayıb.

Xatırladaq ki, Şimali Kiprin Girnə şəhəri sahillərində sərnişin gəmisinin batması nəticəsində 7 nəfər ölüb, 237 nəfər xilas edilib.

///report///
OXŞAR XƏBƏRLƏR