Şimali Koreya lideri Kim Çen İn ABŞ-ni hədələyib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, In "Hwasong-18" qitələrarası ballistik raketinin sınağını izləyib.
Daha sonra ölkə lideri ABŞ-ın artan hərbi fəaliyyətini dəf etmək üçün "daha aqressiv hərəkətlərlə” hədələyib.
Bildirilib ki, Kim Pxenyanın ən güclü strateji əsas hücum vasitələrinin etibarlılığını bir daha təsdiqləyən sınaqdan çox məmnundur.
Sınağın ABŞ-ın yanlış qərar verəcəyi təqdirdə ölkəsinin necə reaksiya verə biləcəyini göstərdiyini qeyd edən Kim "düşmənlərin ehtiyatsız və məsuliyyətsiz hərbi təhdidlərini əsla qiymətləndirməyin və onlara daha aqressiv hərəkətlərlə sərt cavab verin" mesajını verib.
Onun ABŞ materikini vura biləcək bir mənzilə sahib olması üçün nəzərdə tutulduğunu bildirib.
Hwasong-18 ölkənin ən güclü silahı hesab olunur.
Bu raketin buraxılış sınaqları aprel və iyul aylarında həyata keçirilib.
Günel