Şimali Koreya bəyan etdi: “800 min insan ABŞ-a qarşı döyüşmək üçün orduya qoşulmağa hazırdır”

Şimali Koreya bəyan etdi: “800 min insan ABŞ-a qarşı döyüşmək üçün orduya qoşulmağa hazırdır”
DÜNYA
18:37 18.03.2023
231
"Şimali Koreya bəyan edib ki, 800 minə yaxın vətəndaş ABŞ-a qarşı döyüşmək üçün ölkənin silahlı qüvvələrinə qoşulmağa və ya yenidən hərbi xidmətə yazılmağa hazırdır”.

Şimali Koreya ABŞ və Cənubi Koreyanın hərbi təlimlərinə cavab olaraq qitələrarası ballistik raket buraxdıqdan sonra bu açıqlamanı verib.

Qeyd edək ki, Cənubi Koreya prezidentinin sammitdə iştirak üçün Tokioya uçmasından bir neçə saat əvvəl Şimali Koreya Yaponiya və Cənubi Koreya arasındakı dənizə raket atıb.

OXŞAR XƏBƏRLƏR