Şimali Koreya dünyaya meydan oxuyur - VİDEO

DÜNYA
13:30 15.04.2013
1639
Dünyanın əsas gərginlik ocağı hesab edilən Koreya yarımadasında vəziyyət yenidən pisləşib. Rəsmi Pxenyan, cənub qonşusunun münaqişəyə danışıqlar yolu ilə son qoymaq təklifini də rədd edib.Beynəlxalq ictimaiyyət rəsmi Pxenyanı sakitləşdirməyə çalışdığı bir vaxtda, Şimali Koreyadan hədə dolu bəyanatlar davam edir. Şimali Koreya ali rəsmi Pxenyanın nüvə qüvvələrinin keyfiyyətini və miqdarını artıracağını açıqlayıb.İdeologiya sayəsində ordunu məğlubedilməz hərbi qüvvəyə çevirəcəklərini deyən Şimali Koreya parlamentinin presidiumunun sədri Kim Yonq Nam nüvənin Şimali Koreyanın həyatı olduğunu vurğulayıb: “Biz Birləşmiş Ştatlar, bütün qüvvələrlə müharibəyə və müharibə vəziyyətinə daxil olmağa hazırlaşmalıyıq”.Keçmiş Koreya lideri Kim İr Senin 101 illiyi ərəfəsində Şimali Koreya qonşuları və ictiamiyyətlə münasibətlərini daha gərginləşdirib. Rəsmi Pxenyan gərginliyin danışıqlar yolu ilə aradan qaldırılması təklifini növbəti dəfə rədd edib.

OXŞAR XƏBƏRLƏR