KXDR-in Baş Raket İdarəsi sualtı qayıqlardan atılan iki növ strateji qanadlı raketlərin sınaq buraxılışlarını həyata keçirib.
Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Buraxılışlar 14 oktyabrda Yapon dənizində baş tutub. Agentliyin məlumatına görə, sınaqların məqsədi sualtı döyüş sistemlərinin hazırlığını yoxlamaq və dəniz qüvvələrinin strateji tapşırıqları yerinə yetirmək qabiliyyətini artırmaq olub.
KCNA qeyd edir ki, sınaqlar Şimali Koreyanın çəkindirmə qabiliyyətlərinin yüksək etibarlılığını və imkanlarını nümayiş etdirib və raket buraxılışlarının qonşu ölkələrin təhlükəsizliyinə təhdid yaratmadığı vurğulanıb.
Sınaqları Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin birinci müavini Kim Çen Sik, Raket İstehsalı Baş İdarəsinin rəisi Canq Çanq Ha və Şimali Koreya Hərbi Dəniz Qüvvələrinin sualtı silah sistemləri üzrə mütəxəssisləri müşahidə ediblər.
///report///











































