Şimali Koreya lideri qızı ilə birlikdə aviabazada yoxlanış keçirib

Şimali Koreya lideri qızı ilə birlikdə aviabazada yoxlanış keçirib
DÜNYA
19:33 01.12.2023
265
Şimali Koreya lideri Kim Çen In ölkəsinin Aviasiya Günü münasibətilə qızı ilə birlikdə Pxenyanın şimalındakı Sunçxon aviabazasında yoxlanış keçirib.

Kim Çen In ziyarəti zamanı hava qüvvələrini "düşmən hərbi təhdidlərinə dərhal reaksiya verilməsi üçün” döyüş mövqeyini gücləndirməyə çağırıb.

Şimali Koreya lideri həmçinin, "gözqamaşdırıcı yeni era” vədi verib.

Eyni zamanda, Aviasiya Günü münasibətilə hərbi təyyarələrin nümunəvi uçuşu baş tutub.

Cənubi Koreyanın təhlillərinə görə, Şimalın hərbi hava qüvvələrinin ümumilikdə 810 döyüş təyyarəsi olmaqla 1 570 aviasiya vasitəsi var.
 
///Apa
OXŞAR XƏBƏRLƏR