Şimali Koreya lideri Sergey Şoyquyla görüşdü

Şimali Koreya lideri Sergey Şoyquyla görüşdü
DÜNYA
13:24 27.07.2023
193
Şimali Koreya lideri Kim Çen In Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliy məlumat yayıb.
 
Kim və Şoyqu səfər zamanı milli, regional və beynəlxalq çərçivədə təhlükəsizlik və hərbi məsələləri müzakirə ediblər.

Kim Şoyqu ilə birlikdə Şimali Koreyanın yeni silahlarının yerləşdiyi sursat sərgisini ziyarət edib, yeni nəsil silah və raketləri araşdırıb.

Şoyquya ölkəsinin milli təhlükəsizliyin inkişaf planı çərçivəsində hazırladığı hərbi sursatlar haqqında məlumat verən Kim dünyada silah inkişaf strategiyaları ilə bağlı qiymətləndirmələr edib.

Danışıqlar çərçivəsində Kim və Şoyqu "milli müdafiə və təhlükəsizlik, həmçinin regional və beynəlxalq təhlükəsizliklə bağlı ümumi məsələlər” barədə razılığa gəliblər.

Sonda Şoyqu Kimə Rusiya Prezidenti Vladimir Putinin məktubunu təqdim edib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR