Şimali Koreya qapılarını xarici turistlərin üzünə açacaq

DÜNYA
13:10 15.08.2024
113
Dünyanın ən qapalı ölkəsi sayılan Şimali Koreya 5 ildən sonra qapılarını xarici turistlərin üzünə açacaq.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Koryo Tours" veb-saytı elan yerləşdirib. 
 
Elanda 2024-cü ilin dekabr ayı üçün ölkənin bir neçə turistik bölgəsinə səfərlər nəzərdə tutulub.
 
Qeyd edək ki, Şimali Koreya Covid epidemiyasından qorunmaq məqsədi ilə 2020-ci ilin əvvəlindən bu yana sərhədləri bağlayıb, hətta öz vətəndaşları belə illərdir ölkəyə girişi edə bilmir.
 
Cəmalə
OXŞAR XƏBƏRLƏR