Şimali Koreya Sarı dənizə qanadlı raketlər buraxdı

Şimali Koreya Sarı dənizə qanadlı raketlər buraxdı
DÜNYA
12:20 24.01.2024
113
 
Cənubi Koreya Şimali Koreyanın qanadlı raketlər buraxdığını açıqlayıb.
    
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreyanın Baş Qərargahı Şimali Koreyanın Sarı dənizə doğru qanadlı raketlər atdığını bildirib.

Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada yerli vaxtla saat 07:00 radələrində atılan raketlərin Şimali Koreyanın 2023-cü ilin sentyabrından sonra sınaqdan keçirdiyi ilk qanadlı raketlər olduğu bildirilib.

Açıqlamada Cənubi Koreya ordusunun sayıqlıq gücünün artırıldığı və "Şimali Koreyanın təxribatlarını izləmək üçün ABŞ ilə əməkdaşlıq etdiyimiz” bildirilib.
 
Açıqlamada "Qurudan atılacağı təxmin edilən və sayı açıqlanmayan Hvasal-1 və ya Hvasal-2 tipli raketlərin qısa mənzilli olmadığı" bildirilib.

Şimali Koreya xəbər agentliyinin (KCNA) yanvarın 19-da verdiyi xəbərə görə, Şimali Koreya yanvar ayında hazırlandığı "Haeil-5-23" sualtı nüvə silah sistemini sınaqdan keçirib.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR