Şimali Koreya Ukraynaya 100 min əsgər göndərir

Şimali Koreya Ukraynaya 100 min əsgər göndərir
DÜNYA
21:06 04.08.2022
929
Şimali Koreya Rusiyaya kömək məqsədi ilə Ukraynayla müharibəyə yüz min könüllü göndərmək istəyir. 

AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, əslində onlar könüllü yox, Şimali Koreya ordusunun hərbçiləridir.

Hərbi ekspert İqor Korotçenkonun dediyinə görə, Rusiya Ukraynada xüsusi əməliyyata başlayanda Şimali Koreya bu ölkəni dəstəkləyib, eləcə də, "DNR” və "LNR” müstəqilliyini tanıyıb.

Korotçenko onu da deyib ki, Şimali Koreya hərbçiləri olduqca hazırlıqlı və təcrübəlidir.  
OXŞAR XƏBƏRLƏR