Şimali Koreyada 11 milyon insan aclıq təhlükəsi ilə üz-üzədir.
Qaynarinfo xəbər verir ki, bu barədə BMT-nin Şimali Koreya koordinatoru Tapan Mişra hesabat yayımlayıb. Hesabatda bildirilir ki, 25,5 milyon əhaliyə sahib ölkənin 43%-i, yəni 11 milyon insan lazımi səviyyədə qidalana bilmir. 3,8 milyonun təcili humanitar yardıma ehtiyacı var. Şimali Koreyada hər 5 uşaqdan 1-i düzgün qidalanmadığı üçün düzgün inkişaf edə bilmir. Təmiz su, gigiyena problemi yaşayan əhali, xüsusilə uşaqlarda müalicəsi mümkün xəstəliklərdən ölüm təhlükəsi artır.
Tapan Mişranın hesabatına görə, təcili humanitar yardım üçün 120 milyon dollar lazımdır.