Şimali Koreyada onlar da edam ediləcək

Şimali Koreyada onlar da edam ediləcək
DÜNYA
23:35 12.09.2025
272
Şimali Koreyada xarici televiziya şoularını, o cümlədən Cənubi Koreya dramlarını paylaşan vətəndaşlar edam ediləcəklər.

Bu barədə "The Guardian" BMT-nin insan haqları üzrə hesabatına istinadən yazıb.

Məlumata görə, 2014-cü ildən yeni texnologiyalar sayəsində əhaliyə nəzarət daha da geniş vüsət alıb, cəzalar sərtləşib. Ölkədə xarici serialların nümayişinə görə ölüm cəzası tətbiq edilib. Artıq bir neçə nəfərə hökm oxunub.

BMT nümayəndələri Şimali Koreyadan qaçan 300-dən çox şahid və zərərçəkmişlə danışıblar. Məlum olub ki, KXDR dünyanın ən repressiv ölkəsidir.

/Oxu.az
OXŞAR XƏBƏRLƏR