Simonyan: Ermənistan heç bir ölkə ilə hərbi bazanın yerləşdirilməsinə dair danışıqlar aparmır

Simonyan: Ermənistan heç bir ölkə ilə hərbi bazanın yerləşdirilməsinə dair danışıqlar aparmır
DÜNYA
21:35 07.06.2024
199
Ermənistan heç bir ölkə ilə hər hansı hərbi bazanın yerləşdirilməsi və ya strateji müttəfiqliyə qoşulması ilə bağlı müzakirələr, danışıqlar aparmır.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bunu parlamentin spikeri Alen Simonyan Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinin son bəyanatına münasibət bildirərkən deyib.

O, M.Qaluzinin Ermənistanın Qərb ölkələrinin milli məlumat bazalarına çıxışla mümkün təmin edilməsi barədə bəyanatını "absurd” adlandırıb.

A.Simonyan həmçinin Ermənistana qarşı birbaşa və dolayı təhdidlərə son qoymağa çağırıb.
OXŞAR XƏBƏRLƏR