Simonyan: Ermənistan və KTMT münasibətlərində heç nə dəyişməyəcək

Simonyan: Ermənistan və KTMT münasibətlərində heç nə dəyişməyəcək
DÜNYA
12:43 25.03.2025
237
Ermənistan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) münasibətlərində dəyişikliklər gözlənilmir.

Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

"KTMT məsələsində nəyinsə dəyişəcəyini düşünmürəm. Münasibətlərdə nəyi yenidən nəzərdən keçirmək lazımdır? KTMT, ilk növbədə, özü mövcud olub-olmadığını anlamalıdır", - o, jurnalistlərə deyib.

A.Simonyan həmçinin qeyd edib ki, Ermənistan və Rusiya münasibətlərində heç nə dəyişməyib: "Bizim istiqaməti dəyişdiyimiz barədə qiymətləndirmələr həqiqətə uyğun deyil".
 
///report
OXŞAR XƏBƏRLƏR