Şimşək çaxacaq, arabir yağış yağacaq

Şimşək çaxacaq, arabir yağış yağacaq
SOSİAL
12:51 10.07.2017
924

 

İyulun 10-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 Mülayim şimal-qərb küləyi gündüz  arabir güclənəcək.

ETSN-dən AZXEBER.COM-a verilən məlumata görə, havanın temperaturunun gecə 20-24° isti, gündüz  29-34° isti, Bakıda gecə  22-24° isti, gündüz  31-33° isti olacağı gözlənilir,

Atmosfer  təzyiqi  759  mm civə sütunundan 763 mm civə sütununa yüksələcək.

Nisbi rütubət  gecə 75-85 % , gündüz  55-65%  təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  22-23°, Türkan, Hövsan, Sahil, Şıxda  24-25° isti olacaq.

Azərbaycanın əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Qərb küləyi  ayrı-ayrı  yerlərdə  arabir  güclənəcək.

Havanın temperaturunun gecə 20-25° isti, gündüz  31-36°, dağlarda gecə 10-15° isti, gündüz  20-25° isti olacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR