Sinan Akçıl Bakı konsertinin təxirə salınmasına aydınlıq gətirdi

Sinan Akçıl Bakı konsertinin təxirə salınmasına aydınlıq gətirdi
ŞOU-BİZNES
14:00 08.11.2013
703

Aygün Kazımova ilə Sinan Akçılın Milli Bayraq Günü münasibətilə bu günə planlaşdırılan konserti təxirə salınıb.

AZXEBER.COM xəbər verir ki, “Hollivud” restoranında keçirilməsi nəzərdə tutulan konsertin baş tutmamasının səbəbi kimi zəif təşkilatçılıq göstərilib.Belə ki, A.Kazımova konserti üçün hazırlanmış plakat fotosunu İnstagram-da yerləşdirərək bunları yazıb:“Sevənlərimə pis xəbərim var. Sinanla konsertim təxirə salındı. Səbəb isə qeyri-peşəkar təşkilatçılıqdır. Çox təəssüf, heç istəməzdim ki, belə olsun, amma oldu”.Türkiyəli müğənni Sinan Akçıl isə Bakı konsertinin təxirə salınmasına özünün Twitter mikrobloqunda aydınlıq gətirib:“Anlaşmadakı heç bir şərti yerinə yetirmədikləri üçün mən və komandam Bakıya getmirik. İlk dayanacağımız noyabrın 9-da Nürenberqdir”.Qeyd edək ki, konsertin təşkilatçısı “Ses production”un rəhbəri Nahid Emiloğludur.

OXŞAR XƏBƏRLƏR