Türkiyəli müğənni Sinan Akçıl sosial mediada yayılan fotoları ilə bağlı açıqlama verib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, sosial media istifadəçiləri müğənninin uğursuz plastik əməliyyat qurbanı olduğunu deyərək son görüntülərini müzakirə ediblər.
Akçıl iddiaları rədd edib:
"Görünüşümlə bağlı bir problem olduğunu düşünmürəm. Elə olsa, əmin olun ki, plastik əməliyyat etdirəcəyəm. Çünki əməliyyatlara qarşı olan insan deyiləm. Hazırda heç bir əməliyyat və ya prosedur etdirməmişəm. Amma mən bir sənətçi olaraq xarici görünüşümdən çox sənətdəki uğurlarımın müzakirə olunmağını istəyərdim. Niyə demirsiniz ki, bu adam hitlər yaradır, iki həftədə milyon baxış əldə edir? Bir az da bunlardan danışın".
Aysel