Prezident seçkilərinin ikinci turunda prezident Rəcəb Tayyib Ərdoğana dəstək verən Sinan Oğan bununla bağlı açıqlama verib.
AZXEBER.COM xəbər verir ki, Sinan Oğan sosial media hesabında paylaşım edib. Prezident seçkilərinin ikinci turunda prezident Ərdoğana dəstək verən Sinan Oğan bunun üçün ən mühüm səbəblərdən birinin iqtisadiyyat olduğunu söyləyib.
O, paylaşımında qeyd edib:
"Seçkilərin ikinci turunda Ərdoğana dəstəyimizin ən mühüm ilkin səbəblərindən biri də son bir neçə ildə həyata keçirilən "faiz inflyasiyasına səbəb olur” siyasətindən əl çəkərək beynəlxalq normalara uyğun iqtisadi siyasətin həyata keçirilməsi idi”.
Ayşən










































