Sinan Oğan MHP-dən çıxarıldı

DÜNYA
16:08 26.08.2015
970

Milliyyətçi Hərəkat Partiyası (MHP) noyabrın 1-də keçiriləcək təkrar seçkilərdə barajı keçməyə bilər deyən İqdırdan keçmiş millət vəkili Sinan Oğan partiyadan çıxarılıb.

Türkiyə KİV-in verdiyi xəbərə görə, bu fikirləri səbəbindən Sinan Oğanın MHP-dən çıxarılması Mərkəzi İntizam qurumunda yekdilliklə qəbul edilib.

İyunun 7-də keçirilən seçkidə namizəd göstərilməyən Sinan Oğan bir neçə gün əvvəlki açıqlamasında deyirdi ki, MHP bir çox şeyə qarşıdır və situasiyanı doğru dəyərləndirə bilmir. Onun iddiasına görə, bu da təkrar seçkinin nəticələrinə doğrudan təsir edə biləcək bir vəziyyətdir

OXŞAR XƏBƏRLƏR