"Bizim prioritetimiz terrorla mübarizə və qaçqın problemdir”
AZXEBER.COM xəbər verir ki, bu sözləri Türkiyə prezidentliyə namizəd Sinan Oğan nəticələrlə bağlı açıqlamasında bildirib. Seçkilərin taleyini təyin edəcək amil olacaqlarını bildirən Sinan Oğan qəbul edəcəkləri münasibətin millətimizin xeyrinə olacağını deyib. FETÖ və PKK terror təşkilatları ilə mübarizə, Konstitusiyanın ilk 4 maddəsinin müzakirə olunmaması və suriyalı qaçqınların gönderilmesi ilə bağlı şərtlərin olduğunu ifadə edib.
"Biz ikinci tura qalacağımızın fərqində idik. Millətçilər ikinci turda qərar verəcəklər. Qarşıda bizi daha 15 gün gözləyir. Yaxşı nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik. Kimi dəstəkləyəcəyimizi deməyəcəyik. Məsləhətləşib ona uyğun qərar verəcəyik. Biz əvvəldən belə münasibət göstərmişik. FETÖ və PKK terror təşkilatlarına qarşı mübarizəni, faiz siyasətini şərt qoyduq. Bundan sonra digər məsələlər müzakirə olunacaq”, - deyə S.Oğan qeyd edib.
Şəbnəm Zahir