Türkiyədə kritik seçkilər: Sinan Oğanın səsi Ərdoğan üçün həlledici olacaqmı?

Türkiyədə kritik seçkilər: Sinan Oğanın səsi Ərdoğan üçün həlledici olacaqmı?
DÜNYA
15:14 24.05.2023
620
"ATA İttifaqı”nın prezidentliyə namizədi Sinan Oğan Türkiyədə prezident seçkilərinin ikinci turunda hansı tərəfi dəstəkləyəcəyi barədə qərarını açıqlayıb. S.Oğan "Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğanı dəstəklədiklərini bildirib.

Onun bu seçiminin seçkiyə necə təsir edəcəyi ilə bağlı politoloq Oktay Qasımov AZXEBER.COM-a açıqlama verib.

Politoloq bildirib ki, Sinan Oğanın bu dəstəyi daha çox psixoloji əhəmiyyət daşıyır:

"Türkiyə prezident seçkilərində iştirak edib  5.17% səs qazanan Sinan Oğan öz mövqeyini açıqladı. Təbii ki, onun kimi dəstəkləməsi vacib elementdir. Seçki kampaniyasında bu cür mesajlar dəstək verilən namizədin qələbəsinin artmasına yardım edən faktorlardan biridir. Hesab edirəm ki, Sinan Oğanın bu dəstəyi daha çox psixoloji əhəmiyyət daşıyır. Sinan Oğana səs vermiş seçici kütləsi daha çox Kılıçdaroğlu və Ərdoğana etiraz edərək səs verənlərdir. Sinan Oğanı müdafiə edən partiyalar da parlamentdə çox cüzi səs aldılar. Bu baxımdan Sinan Oğana səs verən seçici kütləsinin sabit seçicilər olmadığını demək olar. Birbaşa Sinan Oğana  bağlı olmadıqları üçün çağırışlarına mütləq şəkildə əməl edəcəklərini söyləmək doğru olmaz”.
 
 

Oktay Qasımov birinci turun nəticələrinin xüsusilə də parlament seçkilərindəki nəticələrin ikinci turun nəticələrinə ciddi təsir edəcəyini qeyd edib:

"Cümhur ittifaqı”ndan  parlament seçkilərində 326 millət vəkili seçildi. Parlamentdə nisbi səs çoxluğu əldə olunub. Bu müxalifətin birləşmiş qüvvələrdən xeyli artıq say deməkdir. Həm sabit seçici, həm də parlamentdəki bu nəticələrə uyğun olaraq mən düşünürəm ki, ikinci turda hazırda fəaliyyət göstərən prezident Ərdoğanın qələbə çalma ehtimalı yüksəkdir. Seçki kompaniyasının aparılması baxımından iqtidar komandası daha hazırlıqlı görünür. Hakimiyyətin verdiyi müəyyən üstünlüklər var ki, bunlar da səs vermə prosesində nəticələrə təsir  edən amillərdən sayıla bilər.  Hazırda keçirilən rəy sorğuları ikinci turda Ərdoğanın  qalib gələcəyi fikrini deməyə əsaslar yaradır. Qeyd etdiyim kimi, Sinan Oğanın Ərdoğanın dəstəkləməsinin real səs sayından çox psixoloji təsiri olacaq. Bu seçiçi kütləsinə təsir edən amillərdən biri olacaq. Bu dəstək vacibdir, ancaq həlledici deyil”.
 
Xatırladaq ki, 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək. İlk turda Ərdoğan və Oğan müvafiq olaraq 49,5% və 5,2% səs toplaya bildilər. Qılıncdaroğlu 44,9%, Məhərrəm İncə isə geri çəkilməsinə baxmayaraq 0,4% səs toplayıb. Ərdoğan səslərin mütləq çoxluğundan 0,5% az səs aldığı üçün Qılıncdaroğlu ilə mayın 28-ində keçiriləcək seçkilərin ikinci turunda mübarizə aparacaq.

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 69-a çatdı
16:06 04.07.2025
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 69-a çatdı
Saray körpüsündə GENİŞLƏNDİRMƏ işlərinə start verilib
16:04 04.07.2025
Saray körpüsündə GENİŞLƏNDİRMƏ işlərinə start verilib
Gəlin, qucaqlaşaq!
15:58 04.07.2025
Gəlin, qucaqlaşaq!
Rəşid Meredov: "ECO-nun Avrasiyada aparıcı inteqrasiya təşkilatına çevrilmək üçün real imkanları var"
15:58 04.07.2025
Rəşid Meredov: "ECO-nun Avrasiyada aparıcı inteqrasiya təşkilatına çevrilmək üçün real imkanları var"
Ersin Tatar: Azərbaycanın qısa müddətdə Qarabağı bərpa etməsi Şimali Kipri qürurlandırır
15:30 04.07.2025
Ersin Tatar: Azərbaycanın qısa müddətdə Qarabağı bərpa etməsi Şimali Kipri qürurlandırır
Almaxanım ana oldu
15:20 04.07.2025
Almaxanım ana oldu
Türkiyə Prezidenti ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb
15:15 04.07.2025
Türkiyə Prezidenti ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb
Beynəlxalq təşkilatdan İsrailə çağırış - "İcazə verin işimizi görək"
15:13 04.07.2025
Beynəlxalq təşkilatdan İsrailə çağırış - "İcazə verin işimizi görək"
Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”
15:11 04.07.2025
Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”
Beyniniz hər gecə lazımsız xatirələri silir
15:11 04.07.2025
Beyniniz hər gecə lazımsız xatirələri silir
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
15:00 04.07.2025
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
14:45 04.07.2025
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
14:44 04.07.2025
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
14:41 04.07.2025
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
14:30 04.07.2025
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
14:26 04.07.2025
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi