Sinə kiçiltmə əməliyyatı etdirən gənc qadın öldü

Sinə kiçiltmə əməliyyatı etdirən gənc qadın öldü
DÜNYA
13:02 03.08.2022
1073
Sinə kiçiltmə əməliyyatı etdirən gənc qadın ölüb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İspaniyada yaşayan 34 yaşlı Silvia İdalia Serrano adlı qadın gözəllik mərkəzinə gedərək sinə kiçiltmə əməliyyatı etdirib. Amma gözəllik mərkəzi qadına üçlü estetika təklif edib. Daha sərfəli qiymətə sinə, qarın və omba estetikasına sahib olan gənc qadın əməliyyat zamanı tutduğu iddia edilən "ət yeyən infeksiya” səbəbiylə dünyasını dəyişib.

Əməliyyat çərçivəsində o, sinəsini kiçildib, qarın nahiyəsindəki piyləri çıxararaq ombalarını da dolğunlaşdırıb.

Yaxınlarının həkimlərdən aldığı məlumata görə, gənc qadının "ət yeyən infeksiyaya” tutulduğu və bu səbəbdən dünyasını dəyişdiyi bildirilib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR