Sinif yoldaşı olan bacı-qardaş indi də qrup yoldaşı oldu

Sinif yoldaşı olan bacı-qardaş indi də qrup yoldaşı oldu
SOSİAL
14:56 28.08.2026
156
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyadan məzun olan bacı-qardaş - İnci və Həmid Mursaquliyevlər yüksək nəticə göstərərək tələbə adını qazanıblar.

Bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.

Həm də sinif yoldaşı olan İnci və Həmid Azərbaycan Tibb Universitetinin "Tibb” fakültəsinə qəbul olunublar.

İnci imtahanda 690,2 bal, Həmid isə 667 bal toplayıb.
OXŞAR XƏBƏRLƏR