AZXEBER.COM portalı AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, hava əsasən yağmursuz keçəcək.
Bakıda gecə 6-8°, gündüz 10-12° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 765 millimetr civə sütunundan 771 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək.
Temperatur gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək.
Temperatur gecə 0-4 ° şaxta, gündüz 7-12° isti olacaq.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 3-6° şaxta, gündüz 2-6° isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 5-10° şaxta olacaq.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 2 °şaxtadan 3°-dək isti, gündüz 8-13° isti təşkil edəcək.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək. Dağlarda duman olacaq.
Temperatur gecə gecə 5-7° isti, gündüz 9-12° isti, dağlarda gecə 3 °şaxtadan 2°-dək isti, gündüz 5-9° isti olacaq.
Tibbi-meteoroloji proqnoz: dekabrın 20-dən 21-dək Abşeron yarımadasında nisbətən sabit və mülayim hava şəraitinin gözlənilməsinə baxmayaraq, atmosfer təzyiqinin xeyli enməsi fonunda gilavar küləyinin və rütubətli havanın üstünlüyü, eyni zamanda, temperatur inversiyasının olması ürək-damar xəstəliyi olan bəzi meteohəssas insanlar üçün əlverişsizdir.