Katarakt

“Sinovac” peyvəndi uşaqlara da vurulacaq

SAĞLAMLIQ
09:15 06.06.2021
461
Çinin əczaçılıq şirkəti "Sinovac Biotech”in prezidenti Veydonq Yin "Sinovac” peyvəndinin 3-17 yaş arası uşaqlarda istifadə üçün təsdiqləndiyini açıqlayıb.

Bu barədə Çinin CGTN telekanalı məlumat verib
 

Veydonq Yin "Sinovac”ın bu ilin əvvəlində gənclər üzərində klinik sınaqlara başladığını, birinci və ikinci mərhələlərin tamamlandığını deyib.

I və II mərhələlərdə aparılan klinik sınaqların ilkin nəticələrinə görə, peyvəndin 3-17 yaş arası uşaqlarda immunitet yaratdığı və əksər yan təsirlərinin yüngül olduğu bildirilib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 1 iyun tarixində Çin tərəfindən hazırlanan "Sinovac” peyvəndinin təcili istifadəsini təsdiqləyib.

OXŞAR XƏBƏRLƏR