Sinqapurda vətəndaşa səhvən beş doza peyvənd vuruldu

Sinqapurda vətəndaşa səhvən beş doza peyvənd vuruldu
DÜNYA
23:40 06.02.2021
1097
Sinqapur Milli Oftalmologiya Mərkəzinin əməkdaşına səhvən beş doza koronavirus peyvəndi vurulub.

Bu barədə "The Straits Times” məlumat yayıb.

Hadisə yanvarın 14-də baş tutub. Peyvəndin dozasını müəyyənləşdirən əməkdaş bir neçə dəqiqəlik öz yerini tərk edib. Digər əməkdaş isə hazır doza olduğunu zənn edərək peyvəndi vurub.

Bu səhv dərhal müəyyən edilib və həkimlər peyvənd vurulan şəxsi nəzarətə götürüblər. Onda hər hansı bir fəsad üzə çıxmayıb.
OXŞAR XƏBƏRLƏR