“Sipark”dan haqqında yayımlanan xəbərlərlə bağlı - AÇIQLAMA

“Sipark”dan haqqında yayımlanan xəbərlərlə bağlı - AÇIQLAMA
SOSİAL
17:32 08.04.2019
8949
Xəbər verdiyimiz kimi Sipark İnşaat şirkətinə qarşı çirkin qara piar siyasəti aparılır. Son günlər bu tip yazıların sayı artmağa başlayıb.
 
AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı Sipark İnşaatın İctimaiyyətlə əlaqələr şöbəsinin  rəhbəri İradə Nurəddinqızı açıqlama yayıb.
 
Açıqlamada bildirilir: "Bir müddət  əvvəl  bəzi saytlarda  gedən böhtan xarakterli yazılarla bağlı Bakı şəhəri, Binəqədi rayon məhkəməsində iddia qaldırmışıq. Dünən növbəti,  "Sipark” rəhbəri Seymur İsayev həbs oluna bilər – prezidentə müraciət hazırlanır” başlıqlı  iftira və şər-böhtanla dolu yazı sözügedən saytlarda tirajlandı. Yazıda konkret ağır cinayətlərdə ittiham edən məlumatlar  öz əksini tapıb.  Bu saytlar ölkədə nə neqativ hadisə baş verirsə, şirkətimizi və rəhbərini əsassız şəkildə həmin hadisəyə bağlamağa çalışır.
 
Azərbaycan Respublikasının prezidenti  İlham Əliyev   sahibkarlığın inkişafı ilə bağlı xeyli  tədbirlər  gördüyü bir dövrdə  bu saytlar öz böhtan dolu yazıları ilə 15 ildir fəaliyyət göstərən şirkət və onun rəhbərini  iftiraları ilə ləkələməyə çalışırlar. Buna görə də iftira atmaq, işgüzar nüfuza xələl gətirmə, şərəf və ləyaqətin təhqir olunması və şəxsi həyatın toxunulmazlığı prinsiplərini əsas götürərərk Hüquq mühafizə və təhlükəsizlik orqanlarına müraciət etməyi qərara aldıq. Belə ki,  Baş prokuror  Zakir Qaralova,  Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevə və Daxili İşlər Naziri, general-polkovnik  Ramil Usubova qara piar aparan  saytlar  barəsində cinayət işi başlanılmaqla ciddi tədbir görülməsi üçün müraciət olunub. "
 

OXŞAR XƏBƏRLƏR