Siqaretə qarşı qadağalar sərtləşdirilir – İctimai yerlərdə…

Siqaretə qarşı qadağalar sərtləşdirilir – İctimai yerlərdə…
DÜNYA
00:18 16.01.2023
431
Dünyada siqaret əleyhinə qanunların sərtləşdirilməsi davam edir.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı daha bir qadağa Meksikada tətbiq edilib.

Belə ki, Meksika ictimai yerlərdə siqaret çəkməyi tamamilə qadağan edən dünyanın ən sərt tütün əleyhinə qanunlarından birini qəbul edib.

Bununla da, 2008-ci ildən ölkədə gecə klubları, restoranlar və iş yerlərində tətbiq edilən siqaret qadağasının əhatə dairəsi genişləndirilib. 

Yeni qərara görə, qadağa bütün ictimai yerləri əhatə edir. Parklarda, çimərliklərdə və otellərdə də siqaret çəkmək qadağandır. Bundan əlavə, tütün məmulatlarının reklamı da qadağalara daxil edilmişdir.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR