Siqareti atmaq üçün həbsxanaya düşdü

Siqareti atmaq üçün həbsxanaya düşdü
DÜNYA
14:53 13.05.2013
1464

ABŞ-da maraqlı bir hadisə baş verib.AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 31 yaşlı qadın, siqareti atmaq üçün qeyri-adi yola əl atıb.

Belə ki, həbsxana qarşısında saatlarca gözləyən Etta Me Lopez oradan çıxan məmuru döyməyə başlayıb. Əvvəlcə işçini şillələyən Lopez sonra onu qolundan vurmağa cəhd edib. Nəticədə 31 yaşlı qadın dövlət məmuruna hücum etdiyinə görə 63 gün həbs cəzası alıb.

Döyülən dövlət məmuru hadisəyə belə açıqlama verib: “Lopez siqareti atmaq üçün tək çarəni həbsə düşməkdə görürdü. Çünki həbsxanada tütündən istifadə olunmasına icazə verilmir”.Ayşə İsazadə

OXŞAR XƏBƏRLƏR