Siqaretin daha bir bəlası aşkarlandı

Siqaretin daha bir bəlası aşkarlandı
MARAQLI
04:02 04.05.2011
2351


AZXEBER.COM xəbər portalı "Amerikanın səsi"nə istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatı siqaretin dünya boyu sağlamlığa artan təhlükə olduğunu deyir. Təşkilatın hesablamalarına görə hər il 7 milyon insan siqaret səbəbindən əmələ gələn xəstəliklədrən dünyasını dəyişir. Təşkilat eləcə də bildirir ki, hal-hazırda dünyada siqaret çəkənlərin yarısı tütünün səbəb olduğu xəstəliklərdən öləcək.

Siqaret çəkmək əsasən ürək xəstəliklərinə və ağ ciyər xərçənginə səbəb olur. Dyuk Universitetinin Xərçəng İnstitutundan doctor Tomas Polasik deyir ki, siqaret tüstüsü ağ ciyərdən qana keçir, bundan sonra isə birbaşa böyrəklərə təsir edir və bu da böyrəkdə şiş əmələ gətirir. “Böyrəkdə ağrı hiss edənə və ya sidikdə qan görənə qədər təəssüflər olsun ki, bəziləri buna məhəl qoymur”,- deyə doktor Polasik bildirir.

Bəziləri təcili yardım şöbəsinə kəskin ağrılar və ya sidikdə qan olanda gəlir və onları müayinə edərkən şiş aşkar edilir.

Bundan əvvəlki araşdırmalarda tütünün böyrək xərçənginə səbəb olduğu deyilsə də, Dyuk Universiteti böyrəyində cərahiyyə əməliyyatı olmuş 800 nəfərdən çox insanın xəstəlik tarixini yoxlamış və nəticələrin daha ciddi olduğunu aşkar etmişdir. Doktor Polasik böyrək xərçəngi olan insanların üç qrupa bölündüyünü deyir. Bunlardan biri siqaret çəkənlər, ikincisi vaxtilə siqaret çəkənlər, üçüncüsü isə heç vaxt siqaret çəkməyənlərdir. İnkişaf etmiş böyrək xərçəngi riski iki faktora əsaslanır: gündə nə qədər siqaret çəkilib və hansı müddətə.

Doktor Tomas Polasik 10 ildən çox siqaret çəkənlərdə xəstəlik riskinin cəmi 6 faiz, 10 illə 20 il arasında çəkənlərdə 45 faiz, 30-40 il çəkənlərdə  isə xəstəlik riskinin 80 faiz olduğunu deyir.

Lakin uzun illərdir siqaret atan və ya heç vaxt siqaret çəkməyənlərin böyrək xərçəngi riski nə dədcədədir? Doktor Polasik 20-30 il bundan əvvəl siqareti atanlarla siqaret çəkməyənlər arasında fərqin cüzi olduğunu deyir.

Həkimlər təcili olaraq siqareti tərgitməyi tövsiyə edirlər. Onlar deyirlər ki, siqaret nə qədər tez atılsa, xilas olma şansları bir o qədər çox olar.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
01:38 18.10.2026
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
01:28 18.10.2026
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
01:16 18.10.2026
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
01:06 18.10.2026
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
00:56 18.10.2026
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO