Sirena Motors artıq Gəncədə - Foto

Sirena Motors artıq Gəncədə - Foto
SOSİAL
17:02 09.08.2017
1444

Azərbaycanda bir çox Çin brendlərinin rəsmi və yeganə distribyutoru olan Sirena Motors şirkəti ölkənin ikinci böyük şəhəri olan Gəncədə sərgi satış salonunu və servis mərkəzini açıb.

Azxeber.com xəbər verir ki, bir neçə  gündür  fəaliyyət göstərən salonun rəsmi açılış mərasimi sentyabr ayının ilk 10 günlüyünə təsadüf edəcək. Gəncə salonu müştərilərinə Changan , Baic  və Gac markalarının müxtəlif modellərini təqdim edir. Artıq avtomobil almaq üçün Bakıya gəlməyə ehtiyac olmayacaq. Bütün sənədləşmələr salonun daxilində baş tutacaq.

Xatırladaq ki, Sirena Motors 2013 cü ildən fəaliyyət göstərir. Bakı şəhərində şirkətin 4 sərgi satış salonu və bir servis mərkəzi fəaliyyət göstərir.  Şirkətdən verilən məlumata növbəti  salon və servisin Lənkəran şəhərində açılması planlaşdırılır.

Sirena Motorsda avtomobillər bir ildən beş ilədək sadələşdirilmiş lizinq şərtləri ilə satılır. Ilkin ödəniş  15% təşkil edir. ətraflı məlumat əldə etmək üçün şəhər nömrələrindən və mobil operatorlardan 1630 nömrəsinə zəng edə bilərsiniz.

 


OXŞAR XƏBƏRLƏR